Bazar ertəsi , Oktyabr 19 2026
azfa

GADTB-nin Seyid Cəfər Pişəvərinin doğum günü münasibətilə təbrik mesajı

GADTB: Bu gün 26 avqust Azərbaycanın uzun illər böyük imeratorluqlar qurduqdan sonra parçalanaraq rus və fars işğalına düşməsindən sonra Güney Azərbaycanda müasir dövlətçiliyinin modern və demokratik dövlət formasında qurulmasına böyük töhfə vermiş Seyid Cəfər Pişəvərinin doğum günüdür.

Seyid Cəfər Mircavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da Cənubi Azərbaycanda, Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində dünyaya göz açmışdır.

Seyid Cəfər Pişəvəri vətəninin güney hissəsi ilə yanaşı bir müddət də vətəninin quzey hissəsində yaşayıb və özünü böyük dövlət xadimi kimi yetişdirmiş və 1945-ci ilə Güney Azərbaycanda Azərbacan Milli Hökuməıtinin əsasını qoymuşdur.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Seyid Cəfər Pişəvərinin Güney Azərbaycanda dövlətçiliyimizin bərpası uğrunda apardığı mübarizənin bu gün də davam etdiyini bildirərək, Güney Azərbaycanın əsas qurtuluş yolunun müstəqillik olduğunu və bu yola hər zaman sadiq qaldığımızı diqqətə çatdırır. GADTB-nin Seyid Cəfər Pişəvərinin yolunda mübarizədə bütün millətimizi birliyə çağırmaqla Seyid Cəfər Pişəvərinin doğum günü münasibətilə bütün Azərbaycan Türk Millətini təbrik edir.

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …