Çərşənbə axşamı , İyul 28 2026
azfa

Urmiya gölü yatağında gölün quqrudulmasına etiraz edərkən yaxalanan fəallar sərbəst buraxılıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 17-də Urmiya gölü yatağında gölün quqrudulmasına etiraz edərkən yaxalanan fəallar sərbəst buraxılıblar.

Yaxalanan azərbaycanlı milli-mədəni fəallar Əli Hacməhəmmədi, Həsən Rəvani və Adil İskəndəri ittihamları izah etmək üçün dünən Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq bölməsinə aparılıblar.

Sonra Ümumi və İnqilab Prokurorluğunun 10-cu istintaq bölməsinin müstəntiqi işi öyrəndikdən və fəalların ifadələrini dinlədikdən sonra onların bərbəst buraxılması barədə göstəriş verib.

Yaxalanan azərbaycanlı fəalların yaxınlarının verdiyi məlumata görə, onlar rejimin məmurları tərəfindən döyülərək işgəncəyə məruz qalıblar..

Qedy edək ki, sentyabrın 17-i günortadan sonra saat 18:00-da bir qrup azərbaycanlı milli-mədəni fəal qurumuş Urmiya gölünün yatağında gölün ortasından keçən “Kəlantəri” körpüsünün yanında toplaşaraq gölün qurudulmasına etiraz edib.

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …