Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İranın Sepah terror təşkilatı Azərbaycana qarşı böhtan yağdırmağa davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Sepah-a bağlı telegram kanalı Azərbaycan Respublikasına qarşı təhqiramiz ifadələr işlədib, yalan və böhtan dolu xəbərində yazıb: “Türkiyə və İsrail rejimlərinin dəstəklədiyi Bakı rejiminin saxta ordusu Qarabağ sakinlərinin (ermənilərin) başını kəsərək dəhşətli cinayətə əl atıb. Dövrün Şimrini tanı!”.

Qeyd edək ki, işğalçı Ermənistan ordusu Azərbaycan şiələrinə məxsus yüzlərlə şəhər və kəndi viran qoyaraq 30 min azərbaycanlını qətliam edərkən, İran buna etiraz səsi çıxarmır və göz yumurdu. Ancaq indi erməni mediasından daha “qayğıkeş” olmağa başlayıb.

Bununla da İran açıq-aşkar öz iç üzünü göstərir ki, onun dərdi İslam və şiələr yox, öz etnik və dövlət maraqlarıdır! / Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …