Molla rejimi azərbaycanlı milli fəal Aydın Cəfərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejim oktyabrın 19-da Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində yaşayan azərbaycanlı fəal Aydın Cəfərinin həbs edib.

Daha öncə oktyabrın 18-də Biləsuvar sərhəd xidməti bölməsindən ona sərhəd alayının qərargahına getməsi ilə bağlı çağırış göndərilmişdi. Lakin Aydın Cəfəri bu qanunsuz çağırışın etibarsız olduğunu bildirərək, getməkdən imtina edib.

Molla rejiminin yaxaladığı azərbaycanlı fəalın hələlik hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …