Cümə axşamı , Avqust 27 2026
azfa

Ermənistanı dəstəkləyən molla rejimi Azərbaycana qarşı bəyanatlar səsləndirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistana dəstək məqsədilə Azərbaycana qarşı Araz qırağında manevr keçirən molla rejiminin rəsmiləri Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirirlər.

Molla rejiminin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian yalan bəyanatla iddia edib ki, “İran Ermənistanla əlaqə yolunun bağlanmasına icazə vermədi”.

Əmir-Abdullahian “Diplomatiya meydanı” televiziya verilişinə müsahibəsində Ermənistanla Azərbaycan arasında baş verən qarşıdurmaya toxunaraq deyib: “Rəsmi Tehran Ermənistanla kommunikasiya marşrutunun bağlanmasına imkan vermədi və bölgədə hərbi təlim keçirməyə qədər irəli getdi”.

Habelə bölgənin bəzi dövlətlərinin “sionist rejim”lə əlaqələrindən söz açan İranın xarici siyasət idarəsinin başçısı üstüörtülü təhdid də yağdırıb: “Sionist rejim” müəyyən müddət bəzi region ölkələrinin rəhbərlərinin lobbiçiliyi ilə əlaqələri normallaşdırmağa çalışıb, ancaq İslam Respublikasının ciddi xəbərdarlıqları və meydanda atdığı qətiyyətli və vaxtında addımlar, eləcə də bölgə xalqının reaksiyası nəticəsində həmin rejimlə kompromis prosesi dayandırılıb yaxud ləngiyib”.

Qeyd edək ki, İran rejimi Azərbaycan İkinci Qarabağ müharibəsində azad etdikdən sonra daha dözə bilməyib, Azərbaycanla düşmənçiliyi açıq müstəviyə daşıyıb.

Həmçinin yoxlayın

Yəmən Hərbi Dəniz Qüvvələri: SEPAH-ın husilərə göndərdiyi pilotsuz uçuş aparatı avadanlığı olan yükü ələ keçirmişik

GADTB: Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə pilotsuz uçuş aparatlarının hazırlanması üçün avadanlıq daşıyan bir …

Analitik: “Vaşinqton Zəngəzur layihəsi ilə bağlı İranı sakitləşdirməyin yolunu tapıb”

GADTB: ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP …