Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejiminin məhkəməsinin azərbaycanlı milli fəal Babək Vəlipura verdiyui 5 il həbs cəzası təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ali Məhkəməsi azərbaycanlı milli fəal Babək Vəlipur barədə çıxarılan 5 il həbs qərarını təsdiq edib.

Molla rejiminin məhkəməsi Türkmənsəhrada baş verən sel fəalakətindən ziyan görən türkmənlərə yardım aksiyalarına qatıldığı üçün həbs edilən azərbaycanlı milli fəal Babək Vəlipuru 5 il həbsə məhkum etmişdi. Molla rejiminin Ali Məhkəməsi isə azərbaycanlı fəalı humanist əməlinə görə aldığı 5 il həbs qərarını olduğu kimi qüvvədə saxlayıb.  

Qeyd edək ki, Babək Vəlipur2019-cu ilin 25 may tarixində Tehranda rejimin ETTELAAT məmurları tərəfindən yaxalanaraq zindana köçürülmüş, 37 gün həbsdə saxlanıldıqdan sonra zaminə buraxılmışdı.

Fəal barədə çıxarılan həbs cəzası sonradan 8 aya endirilsə də, İran Ali Məhkəməsi qərarı yenidən ləv edərək, Babək Vəlipurun humanist əməlinə görə 5 il həbs cəzasını təsdiq edib.

Həmçinin yoxlayın

Deni Danon: İran İslam Respublikasının rəhbərlərinin harada gizləndiyini bilirik; İsrailə hücum etsələr, öldereləcəklər

GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib …

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …