Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi yaxaladığı azərbaycanlı fəal Aydın Cəfərini Ərdəbil ETTELAAT idarəsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yaxaladığı azərbaycanlı fəalı Aydın Cəfərinin Ərdəbil ETTELAAT idarəsinə köçürüb.

Güney Azərbaycanın Parsabad şəhərində yaşayan azərbaycanlı mili fəal Aydın Cəfəri ailəsi ilə qısa telefon əlaqəsində rejimin Ərdəbildəki ETTELAAT İdarəsinə köçürüldüyünü bildirib.

Fəalın ailəsinin məhkəmə və aidiyyəti orqanlara müraciətlərinə cavab olaraq isə, onlar fəalın ailəsini təhdid edib və “Aydınla işimiz çoxdur” deyiblər.

Daha öncə oktyabrın 18-də Biləsuvar sərhəd xidməti bölməsindən ona sərhəd alayının qərargahına getməsi ilə bağlı çağırış göndərilmişdi. Lakin Aydın Cəfəri bu qanunsuz çağırışın etibarsız olduğunu bildirərək, getməkdən imtina edib.

Molla rejiminin yaxaladığı azərbaycanlı fəalın hələlik hara aparıldığı və nədə ittiham olunduğu barədə məlumat əldə etmək mümkün olmayıb. Fəal oktyabrın 19-da yaxalanıb.

Həmçinin yoxlayın

Çaroymaqda məktəbin vəziyyəti İran rejiminin Azərbaycana qarşı müstəmləkəçi siyasəti göstərir

GADTB: Çaroymaq rayonunda yerləşən Şəhid Qənbərpur məktəbindən yayılan görüntülər təhsil infrastrukturunun acınacaqlı vəziyyətini nümayiş etdirir. …

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …