Çərşənbə , İyul 15 2026
azfa

Azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi vəsiqə qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin yaxaladığı azərbaycanlı vəkil Məhəmmədrza Fəqihi vəsiqə qarşılığında zaminə buraxılıb.

Tehranda yaşayan azərbaycanlı hüquqşünas və vəkil Məhəmmədrza Fəqihi oktyabrın 25-də girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıb.

Fəqihi oktyabrın 12-də Tehranın Argentina meydanında vəkillərin “Etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirdikləri aksiyada iştirak etdiyinə görə həbs edilmişdir.

Azərbaycanlı vəkilin Tehranda “Etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirilən aksiyada iştirak etdiyinə görə yaxalandığı bildirilir.

Qeyd edək ki, Ərdəbilin Hir şəhərindən olan Məhəmmədrza Fəqihi bundan öncə başqa bir neçə vəkillə birlikdə yaxalanaraq, həbsə məhkum edilmişdilər.

Azərbaycanlı vəkil bundan öncə bir sıra milli fəaların, o cümlədən Abbas Lisaninin vəkili kimi onu məhkəmədə müdafiə etmişdi.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında 244 gündür qeyri-müəyyən vəziyyətdə həbsdədirlər

GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Karı həbslərinin doqquzuncu …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …