Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Ərdəbildə azərbaycanlı milli fəal Müctəba Pərvini ETTELAAT idarəsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin ETTELAAT İdarəsinin məmurları Ərdəbildə azərbaycanlı milli fəal Müctəba Pərvini ETTELAAT idarəsinə çağrılıb. Onlar Müctəba Pərvinə zəng edərək onun həmin idarəyə getməsini istəyiblər.

Müctəba Pərvin onların tələbinin qanunsuz olduğunu və məhkəmə tətəfindən rəsmi çağırış göndərilmədiyini bildirib və ora getməkdən imtina edib.

Qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə də Azərbaycan ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz etdiyinə görə, Ərdəbilin Ciral parkında başqa 12 azərbaycanlı fəalla birgə yaxalanmışdı. Ümumiyyətlə Müctəba Pərvin dəfələrlə həbs və təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …