Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İran hökuməti Azərbaycandakı əməliyyatçılarına yüz minlərlə avro pul köçürüb

GADTB: İranın “Black Rewards” haker qrupu İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının İranın Azərbaycanda fəaliyyət göstərən əməliyyatçılarının hesablarına baş tutan pul köçürmələrinə dair daxili sənədini yayıb.

Bu, sözügedən qurumun rəsmi blankları ilə İran xarici işlər nazirinin maliyyə və inzibati məsələlər üzrə müavini Məhəmməd Fəthəliyə ünvanlanmış məktublardır.

Məktublarda İranın müxtəlif ölkələrdə fəaliyyət göstərən əməliyyatçılarının bank hesablarına yüz minlərlə avro məbləgin köçürülməsi xahiş olunur.

Xüsusilə, 2022-ci ilin yanvar və mart aylarında Bakıya 47.158 və 75.000 avro, Naxçıvana isə 15.083 və 30.000 avro vəsait köçürülüb.

Habelə 2022-ci ilin aprelində Bakıya daha 40.000 avro köçürülüb.

Eləcə də, həmin tarixdə Moskvaya 40.000 avronun köçürüldüyü qeyd olunur.

Pul köçürmələri İran Milli Bankı tərəfindən həyata keçirilib./ Azad İran

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …