Ermənistan və İran illik ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı hədəfləyir

GADTB: “Armenpress”in yaydığı məlumata görə, Tehranda səfərdə olan Ermənistan maliyyə naziri Tiqran Xaçatıryan və onun müavini Avaq Avanesiyan İranın iqtisadiyyat və maliyyə naziri Ehsan Xanduzi ilə görüşdə illik ticarət dövriyyəsini 3 milyard dollara çatdırmağı müzakirə ediblər.

“Ermənistan və İranın maliyyə nazirləri iki qonşu ölkə arasında bir sıra iqtisadi prioritetləri, xüsusilə hər il 3 milyard dollar dəyərində ticarətin həyata keçirilməsi, mal mübadiləsinin həcminin 5 milyon tona çatdırılması, habelə maliyyə, bank, ticarət və gömrük əlaqələrini müzakirə ediblər”,- Ermənistan Maliyyə Nazirliyi yaydığı məlumatda bildirib.

“İran və Ermənistanın iqtisadi və siyasi münasibətləri tarixi onilliklərə dayanır. Davam edən danışıqların əsasını iki ölkə arasında uzunmüddətli əməkdaşlıq təşkil edir və Ermənistanla İran arasında ticarət əlaqələrinin 3 milyard dollar səviyyəsinə çatdırılması məqsədi bu əsasların sübutudur”,- Ermənistanın maliyyə naziri iranlı həmkarı ilə görüşdə deyib.

İki ölkə arasında iqtisadi mübadilələrin həcmində qeydə alınan 25 faizlik artıma toxunan erməni nazir bildirib ki, bu il bu artım 40 faizdən çox olacaq.

İranlı nazir isə deyib ki, onun ölkəsi qonşu dövlətlərin yürütdüyü iqtisadi siyasəti çox diqqətlə izləyir: “Bizim diqqətimiz həm də Qafqaz regionuna yönəlib və ümid edirəm ki, ölkələrimiz arasında 3 milyard dollarlıq ticarət dövriyyəsini reallaşdırmaq məqsədinə nail olacağıq”.

O xatırladıb ki, bu məsələ İran prezidenti ilə Ermənistanın baş nazirinin görüşündə müzakirə olunub./Azad Iran

Həmçinin yoxlayın

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …

“Nyu-York Tayms”: Tramp İranla razılaşma üçün irəli sürülən şərtləri sərtləşdirib

GADTB: “Nyu-York Tayms” qəzetinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatdırılması …