Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi tərəfindən yaxalanan azərbaycanlı gənc fəal Hədiyyə Purəfruzun vəziyyətindən məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları tərəfindən yaxalanan azərbaycanlı gənc fəal Hədiyyə Purəfruzun vəziyyətindən məlumat verilmir.

Azərbaycanlı qadın fəalın ailəsi onun sağlıq durumundan nigərandırlar.

Oktyabrın 20-də Təbrizin Şahnaz küçəsində keçirilən etiraz aksiyasında saxlanılan 17 yaşlı Hədiyyə Purəfruzun ailəsi onun taleindən nigarandır.

17 yaşlı xanım fəalın həbs səbəbi, nədə ittiham olunması və harada saxlanıldığı barədə ailəsinə məılumat verilmir.

Molla rejiminin məmurları xanım fəalın ailəsi ilə görüşü və telefon danışığına da icazə vermir. Bu isə fəalın ailəsinin ciddi narahatlığına səbəb olub.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …