Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Kərim İsmayılzadə zindanın klinikasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin yaxaladığı azərbaycanlı milli fəal Kərim İsmayılzadə sağlıq durumunun ağırlaşması səbəbindən zindanın klinikasına köçürülüb.

Azərbaycanlı milli fəal və tanınmış idmançı Kərim İsmayılzadənin aclıq aksiyası keçirdiyi və yaxalanandan sonra döyüldüyü üçün sağlıq durumu pisləşib. Ona görə də azərbaycanlı fəal noyabrın 14-də zindanın kilinkasına köçürülüb.

Azərbaycanlı idmançı yaxalandığı zaman işgəncə edilib və sağlıq durumunda ciddi problemlər yaranıb. O ürək və əsəb dərmanları qəbul edir və ailəsindən dərmanlarının ona çatdırılmasını istəyib.

Qeyd edək ki, azərbaycanlı milli fəal noyabrın 2-də molla rejimin məmurları tərəfindən yaxalanıb və bu günə kimi onun həbs səbəbi və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …