Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejiminin yaxaladığı azərbaycanlı fəal Davud Kabalının vəziyyəti barədə məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin yaxaladığı azərbaycanlı milli fəal Davud Kabalının vəziyyəti barədə məlumat verilmir.

Oktyabrın 26-da Urmiyada yaxalanan azərbaycanlı milli fəal oktyabrın 31-də Urmiyada rejimin zindanına köçürülüb. Lakin hələ də Davud Kabalının vəziyyəti barədə məlumat verilmir.

Azərbaycanlı fəalın yaxınları fəalın sağlıq durumundan nigrandırlar. Rejimin məhkəməsinin hakimi Mühibb Əlizadə Davud Kabalının müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılması üçün təqdim olunan mülki vəsiqəni də qəbul etməyib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …