Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejiminin həbs etdiyi xanım fəal Leyla Nasiri zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Binab şəhərindən olan azərbaycanlı fəal Leyla Nasiri iki ay həbsdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Leyla Nasiri yaxalanandan sonra bir neçə gün ETTELAAT İdarəsinin təcridxanasında döyülərək, dindirilib. Azərbaycanlı xanım fəal daha sonra rejimin Marağada yerləşən zindanının 29-cu bölməsinə köçürülüb.

Hələlik Leyla Nasiriyə qarşı irəli sürülən ittihamlar barədə məlumat verilmir.

Qeyd edək ki, azərbaycanlı xanım fəal Leyla Nasiri noyabrın 21-də etiraz aksiyasında yaxalanmışdı.

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …