Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Urmiya gölü tamamilə qurudulur

Yaxın Şərqin ən böyük duzlu gölü olan Urmiya gölü son illərdə yanlış idarə edilmə və iqlim dəyişikliklər ucbatından quruma təhlükəsi ilə üz-üzədir.

Bunu Urmiya gölünün bərpası və araşdırma şurası rəhbəri Ruhulla Mütəfəkkir Azad deyib.

“Bu il də keçən illərdə olduğu kimi gölə aid su mənbələrinin qarşısında tikilən bəndlərdən suyun buraxılmaması və “Kani Sib” su tunelinin tamamlanmaması səbəbindən gölün əsas hissəsi tamamilə qurumağa məruz qalıb. “Kani Sib” bəndindən Urmiya gölünə suyun nəqli layihəsinin birinci mərhələsi bu ilin sonunadək başa çatacaq. Suyun ötürülməsi birinci mərhələdə təqribən 300 milyon kubmetr həcmdə həyata keçiriləcək”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Ətraf Mühitin Mühafizəsi Təşkilatı Urmiya gölündə ciddi problem olduğunu, böhran vəziyyətinin yaşandığını demişdi.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …