Şənbə , İyun 27 2026
azfa

Molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı fəal zindanda aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə həbs etdiyi azərbaycanlı fəal Pejman İslami zindanda aclıq aksiyası keçirir.

 Azərbaycanlı milli fəal Pejman İslami 4 aylıq həbsdən sonra qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılmasına etiraz olaraq yanvarın 23-dən aclıq aksiyasına başlayıb.

Azərbaycanlı milli fəal qarşı “İran rəhbərini təhqir etmək” və “Ümumi əmlakı dağıtmaq” ittihamları irəli sürülüb və ailəsinin səylərinə baxmayaraq, işə baxan hakim milli fəalı zaminə buraxmaqdan imtina edir.

Qeyd edək ki, Pejman İslami daha öncə bildirmişdi ki, qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılması davam edərsə və girov qarşılığında zaminə buraxılmazsa, yanvarın 23-dən aclıq aksiyasına başlayacaq.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …