Çərşənbə , Sentyabr 23 2026
azfa

Molla rejimi Güney Azərbaycanda türkcə kitab çapına uydurma bəhanələrlə icazə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanda türkcə kitab çapına uydurma bəhanələrlə icazə vermir.

Rejimin Mədəniyyət Nazirliyi yeni yoxlama və senzura qanunlarını tətbiq etməklə İranda türk kitablarının çapına icazə verməkdən imtina edir.

Molla rejininin Mədəniyyət Nazirliyi bu dəfə Azərbaycan türkcəsinin ədəbi dilinə saxta Qafqaz türkcəsi adı qoyaraq, kitab çapına icazə vermir. Kitab çağı ilə bağlı müraciət edənlərdən biri mətbuata bununla bağlı deyib: “Yoxlama, senzura və çapa icazə problemi həmişə türk kitab nəşriyyatlarının problemlərindən biri olub, lakin son iki ildə və İkinci Qarabağ müharibəsindən sonra bu problem daha da artıb. İrşad Nazirliyi İslam Respublikasının radio və televiziyasında istifadə olunan standart dil olan “Qafqaz türkcəsi” və “İran Azəri” dilini icad etməklə əksər türkcə kitabların lisenziya tələbini rədd edir. Bundan əlavə, “Azərbaycan”, “Qarabağ” kimi sözlər ciddi senzuraya məruz qalır və onun yerinə “Eran” sözünün işlədilməsi tövsiyə olunur”.

Həmçinin yoxlayın

Uitekaf və Əraqçi Nyu-Yorkda danışıqlar aparıb

GADTB: ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitekaf bildirib ki, çərşənbə axşamı, 22 sentyabr 2026-da BMT Baş …

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …