İsveçrənin Lozanna şəhərində Azərbaycanlı fəal Mustafa Pərvinin rəsm sərgisi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal və rəssam Mustafa Pərvinin rəsm sərgisi fevralın 23-dən 30 marta qədər İsveçrənin Lozanna kilsəsində keçiriləcək.

36 gün davam edəcək bu sərgidə Mustafa Pərvinin əsərlərindən əlavə, Benoit Lonqun fotoları da nümayiş etdiriləcək.

Ötən günlərdə Mustafa Pərvin 18 Bəhməndə yaratdığı tablonun şəklini İnstaqram sosial şəbəkəsindəki şəxsi səhifəsində istifadəçilərlə paylaşıb. Azərbaycanlı   fəal Mustafa Pərvin qeyd etmişdi ki, yaradıcısına görə ümumi ağrıları, insan vəziyyətini və həmrəylik ruhunu əks etdirən bu tablonun satışından əldə olunan gəlir Xoy zəlzələsi qurbanlarına veriləcək.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …