Bazar , Oktyabr 18 2026
azfa

Çinin müttəfiqinə çevrilən molla rejimi uyğur müsəlmanlarını terrorçu adlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin kommunist rejiminin müttəfiqinə çevrilən molla rejimi Çin tərəfindən soyqırıma məruz qolan uyğur türklərini terrorist adlandırdı.

 Əli Xameneinin nümayəndəsinin baş redaktoru olduğu “Keyhan” qəzeti uyğur türklərini terrorçu adlandırıb.

İbrahim Rəisinin Çinə səfəri zamanı uyğur müsəlmanlarına qarşı repressiyalara toxunmaması barədə tənqidlərə cavab olaraq “Keyhan” uyğurlara böhtan ataraq yazıb: “Onlar terror qrupudurlar və İngiltərə, Amerika, İsraillə əlaqəlidirlər”.

Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub.

Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …