Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı fəallar Şəbistərdə yenicə azadlığa çıxan Əlirza Fərşi ilə görüş keçirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli-mədəni fəal Şəbistərdə yenicə azadlığa çıxan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ilə görüş keçirib.

Görüşdə azərbaycanlı milli-mədəni fəallar Əlirza Fərşinin vəziyyəti və gündən məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə 2020-ci ilin iyul ayının 21-də saxlanılıb və Tehran şəhərinin Evin həbsxanasına köçürülüb. O, fevralın 8-də Tehranın Evin həbsxanasından buraxılsa da, barəsində çıxarılan iki il sürgün cəzası qüvvədə saxlanılıb.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …