Şənbə , Sentyabr 19 2026
azfa

Rusiya Baş Qərargah rəisi və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin komandanı Bakıda görüşür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kartis Skaparotti Bakıda görüşəcəklər.

Valeri Gerasimov bu gün Bakıya işgüzar səfərə gəlib. Onun səfərinin məqsədinin Kartis Skaparotti ilə görüş olduğu bildirilir.

Qeyd olunur ki, tərəflər Rusiya və NATO-nun Avropa regionunda hərbi fəaliyyətini, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Səfər zamanı Valeri Gerasimovun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü nəzərdə tutulub.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …

Bir cavab yazın