Çərşənbə axşamı , İyul 28 2026
azfa

Azəərbaycanlı insan haqlrı müdafiəçisi Nərgiz Məhəmmədiyə “Yazı Azadlığı” mükafatı verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın həbs etdiyi hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə “Yazı Azadlığı” mükafatı təqdim ediləcək.

Bu barədə ABŞ Qələm Assosiasiyasının baş direktoru Suzan Nasel məlumat yayıb.

Məlumata görə, mayın 18-də Amerika Təbiət Tarixi Muzeyində keçiriləcək mərasimdə mükafat jurnalist və vətəndaş fəalı, Nərgiz Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı Tağı Rəhmaniyə təqdim ediləcək.

“Nərgiz Məhəmmədi İran hökumətinin onu susdurmaq üçün qəti cəhdlərinə qarşı göstərdiyi cəsarət və sarsılmaz müqaviməti ilə bütün dünya üçün ilham mənbəyidir”, – Nasel bildirib.

Qeyd edək ki, əslən Güney Azərbaycanın Zəncan şəhərindən olan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin zindanında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Əsgər Əkbərzadə Ərdəbil həbsxanasında məhbusların saxlanma şəraitinin ağır və qeyri-insani olduğunu bildirib

GADTB: Ərdəbil həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadə ailəsi ilə görüşü zamanı məhbusların saxlanma …