Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycanlı fəal Saleh Molla Abbasi yaxalanandan sonra qirov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Əhər şəhərində yaşayan azərbaycanlı fəal Saleh Molla Abbasini bazar günü, mayın 21-də həbs əmri ilə yaxalayıb və Əhər Ədliyyə İdarəsinin üçüncü şöbəsində “yalan yaymaq” ittihamı irəli sürülüb.

Azərbaycanlı fəal daha sonra məhkəməyə qədər 1 milyard 200 milyon rial girov qarşılığında zaminə buraxılıb.

Bununla bağlı azərbaycanlı fəal özünün şəxsi İnstaqram səhifəsində məlumat paylaşıb.

Qeyd edək ki, Əhərdə yaşayan azərbaycanlı fəal Saleh Molla Abbasi 9 oktyabrda Əhərdəki evində həbs edilmişdi və 9 Noyabr 2022-də məhkəməyə qədər 1 milyard 200 milyon tümən girov qarşılığında, Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılmışdı.

Saleh Molla Abbasi keçmişdə, o cümlədən 2015-ci ildə də dəfələrlə Azərbaycan Türk Millətinin hüquqları uğrunda çalışdığı üçün yaxalanmışdı.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …