Bazar ertəsi , Avqust 24 2026
azfa

UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə cavab verib

GADFTB: Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib.

Belə ki, Qərbi Azərbaycan İcması 27 mart 2023-cü il tarixində UNESCO-ya müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi.

İcma bu mövzuya beynəlxalq diqqəti cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlar ilə davamlı təmaslar aparıb.

Bu kontekstdə, UNESCO İcmanın müraciətinə nəhayət rəsmi cavab verib.

Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu vurğulanıb və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olduğu bildirilib.

UNESCO-nun İcmaya göndərdiyi bu məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə İcmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən, UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır.

İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüquq normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …