Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı ədəbiyyatçılar Rəisidən Türk Ədəbiyyatı Fondunun yaradılsını tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İbrahim Rəisinin Təbrizə iki günlük səfəri zamanı keçirdiyi görüşdə bir qrup ədəbiyyatçı Türk Ədəbiyyatı Fondunun yaradılmasını istəyib.

Ədəbiyyatçı Cəmşid Əlizadə bir qrup azərbaycanlı yazıçı və mədəniyyət xadimi adından İran prezidentindən bunu tələb edib:

“Cənab Rəisi, İran Türk Ədəbiyyatı Fondunu yaradın, çünki onun təsirləri mütləq bu yaxınlarda nümayiş etdirilən “Fəttah” raketindən az deyil. Türk dili və ədəbiyyatına dəyər verməklə bu gün cəmiyyətimizin üzləşdiyi bir çox problem həllini tapacaq”.

Qeyd edək ki, bundan öncə prezident seçkisi kampaniyası zamanı İbrahim Rəisi də, öncəki prezidentlər kimi, Azərbaycan Dili Akademiyasının yaradılması, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına diqqət ayrılması barədə vədlər vermişdi.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …