Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

İsrail nüvə proqramı ilə bağlı İrana sərt xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail Baş naziri Binyamin Netanyahu İranın nüvə proqramı ilə bağlı güc tətbiq etməyə hazır olduqlarını açıqlayıb.

Baş nazir İsrailin bunun üçün hərbi rıçaqlardan istifadə etməyə hazır olduğu xəbərdarlığını edib.

“Təkcə diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi təhlükə və ya hərbi varianta müraciət etmək istəyi ilə birgə işləyə bilər”, – Netanyahu vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə proqramının qarşısını almaq cəhdləri heç bir nəticə verməsə, daha ciddi qətnamə müzakirə oluna bilər.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …