Cümə axşamı , Sentyabr 10 2026
azfa

Sayın Mikayil bəy Oytanın ermənilərin Azərbaycan sərhədində qanunsuz fəaliyyəti ilə bağlı Avstraliya Xarici İşlər Nazirliyinə məktubla muraciəti-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta Ermənistanın Ermənistan-Azərbaycan sərhədində Metallurgiya Zavodunun tikintisi ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib.

Sayın Mikayil bəy Oyta məktubunun bir hissəsində yazır: “Avstraliya Azərbaycanlıları İcması olaraq biz Ermənistanın Azərbaycan və Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Yerasx (Arazdeyan) kəndində iri metallurgiya zavodu tikməsi ilə bağlı son xəbərlərdən dərin narahatlığımızı bildiririk. Biz bu hadisəni Ermənistanın regionda onsuz da təhlükəli olan ekoloji vəziyyəti gərginləşdirmək niyyətinin bariz göstəricisi kimi qiymətləndiririk.

16500 kvadratmetr ərazini əhatə edən və illik istehsal gücü 180 min ton olan bu geniş metallurgiya zavodunun tikintisi beynəlxalq standartların və prinsiplərin, xüsusən də BMT-də qeyd olunanların kobud şəkildə pozulması deməkdir.

Məktubda həmin zavodun tikintisinin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espo Konvensiyası) və s. konvensiyalara ziddi olduğu qeyd edilib.

Sayın Mikayil bəy Oytanın məktubunun ingiliscə tam mətnini təqdim edirik:

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …