Çərşənbə , May 6 2026
azfa

Güney azərbaycanlı ziyalılar İran prezidentinin xanımının irqçi çıxışı ilə bağlı BMT-yə müraciət ediblər

İranda İslam pərdəsi ilə maskalanan molla rejimi bütün göstəriciləri ilə şovinizm siyasəti yürüdür.

Hazırda siyasi hakimiyyətdə olan bu ideologiyanın daşıyıcıları hələ də moğolları (monqol-tatarlar), ərəb və türkləri özlərinin düşməni sayır.

Bu günlərdə İran prezidenti İbrahim Rəisi xanımı Cəmilə Aləmulhuda ilə birlikdə Venesuelada səfərdə olub. Səfər çərçivəsində İranın “birinci xanımı” Venesuelada yerli televiziya kanallarından birinə müsahibə verib.

O, İranda əhalinin əhəmiyyətli hissəsi olan türklərə və ərəblərə nifrət bəsləyən irqçi fikirlər söyləyib:

“Ərəblər, türklər və moğollar bizim düşmənimiz olublar”./ Azad İran

Həmçinin yoxlayın

Müharibə və blokada şəraitində Xəzər dənizi İran üçün əsas marşruta çevrilir

GADTB: Müharibə və Hörmüz boğazının faktiki blokadası fonunda İran həyati əhəmiyyətli ticarəti Xəzər dənizinə yönləndirmək …

Evin həbsxanasında azərbaycanlı sənətçinin “Azadlıq” əsəri: qadın mübarizlərə ithaf edildi

GADTB: Azərbaycanlı vizual sənətçi və siyasi məhbus Mürtəza Pərvin Evin həbsxanasının 7-ci bölməsində simvolik addım …