Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimi azərbaycanlı körpəyə türk adına görə doğum haqqında şəhadətnamə vermir

GADTB: İranın Vətəndaş Qeydiyyatı Təşkilatı “Elcan” adlı azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb. Buna səbəb isə körpənin adının türk mənşəli olmasıdır.

Körpənin atası Əbülhəsən Yari Urmiya şəhər məhkəməsinə şikayət edib.

İranın Vətəndaş Qeydiyyatı Təşkilatı yeni doğulan uşaqlar üçün siyahı təqdim edib. Bu qurum ailələri uşaqlarının adlarını bu siyahıdan seçməyə məcbur edir. Siyahıda üstünlük fars adlarına verilir və çox məhdud sayda türk adlarına rast gəlmək olur.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …