Sayın Mikayil bəy Oytadan ermənilərin Azərbaycan ərazilərində basdırdığı minalarla bağlı Avstraliya xarici işlər naziri Penny Vonga müraciəti-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta ermənilərin Azərbaycan ərazilərində basdırdığı minaların yaratdığı təhlükə ilə bağlı Avstralıyanın xarici işlər naziri Penny Vonga məktubla müraciət edib.

Sayın Mikayil bəy göndərdiyi məktubda iyulun 13-də Azərbaycanın Kəlbəcər rayonunun Çopurlu kəndində arıçılıqla məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə nəticələnən daha bir faciəli mina hadisəsinə toxunub və yazıb ki, Ermənistanın Azərbaycana qarşı mina terroru hərbçilərin və mülki şəxslərin həlak olması və ya yaralanması ilə nəticələnir, həm də keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesini ləngidir, sahibkarlıq subyektlərinin fəaliyyətinə maneələr yaradır və rayonda aparılan bərpa işlərinə maneə yaradır.

Mikayil bəy həmçinin yazıb: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların qoyulması və minalanmış ərazilərin dəqiq xəritələrinin olmaması Ermənistanın beynəlxalq və humanitar hüququn norma və prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.

Diaspor təşkilatları olaraq müvafiq beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun qarşısını almaq üçün qəti addımlar atmağa, dəqiq mina xəritələrinin Azərbaycana təhvil verilməsinə və bu ölümcül cihazların təmizlənməsində Azərbaycanla əməkdaşlığa çağırırıq. Bununla biz günahsız insanların həyatını qoruya, məcburi köçkünlərin təhlükəsiz qayıtmasına və məskunlaşmasına kömək edə, regionun bərpası və inkişafının maneəsiz irəliləyişini təmin edə bilərik…

Sayın Mikayil bəy Oytanın məktubunun tam mətnini ingiliscə buradan oxuya bilərsiniz:

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …