Çərşənbə axşamı , Sentyabr 8 2026
azfa

Tehranda Əli Rəzizadə Nadarlının məhkəmə iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Azərbaycan Milli Hərəkatının Tehranda yaşayan fəalı Əli Rəzizadə Nadarlı iyulun 15-də Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində ona qarşı irəli sürülən ittihamları müdafiə etmək üçün məhkəmədə olub.

Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin sədri hakim Sələvati Əli Rəzizadə Nadarlıya (Nəzərli) qarşı “İslam Respublikası əleyhinə təbliğat” ittihamı irəli sürüb və onun müdafiəsini dinləyib.

Əli Rəzizadə Nadarlı barədə çıxarılan qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

Qeyd edək ki, Əli Rəzizadə Nadarlı bundan öncə “hökumətə qarşı silahlı qruplaşmalarla əməkdaşlıq”da ittiham olunmuşdu. Sonradan onun məhkəmə işinə baxılıb və noyabrın 14-də bu ittihamın onun üzərindən götürülməsinə baxmayaraq, milli fəalın yenidən məhkəməyə çağrılması təhlükəsizlik qurumlarının təzyiqi kimi dəyərləndirilir.

Həmçinin yoxlayın

ABŞ Maliyyə Nazirliyi bir sıra İran aviaşirkətlərinə sanksiya tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sentyabrın 8-i, çərşənbə axşamı, İrana dair …

Qərbi Azərbaycanda tibb işçiləri etiraz olaraq valiyə açıq məktubla müraciət ediblər

GADTB: Qərbi Azərbaycan əyalətində tibb işçilərinin gecikdirilmiş əmək haqlarının ödəniləcəyi barədə vədlər yerinə yetirilmir. Bu …