Çərşənbə , May 6 2026
azfa

Qəzvində milli fəallar molla rejiminin Güney Azərbaycana qarşı qərəzli siyasətinə qarşı etiraz baneri asıblar

Azərbaycan Milli Hərəkatının fəalları Azərbaycanın Qəzvin şəhərində panfaris sisteminin məzlum xalqlara, xüsusən də Azərbaycana qarşı qərəzli və faşist siyasətini əks etdirən etiraz pankartı quraşdırıblar.

Banerdə yazılıb:

“Məzlum xalqların təbii sərvətlərini talamaq, İranı idarə edən panfarsist rejim tərəfindən Urmu gölü kimi təbii ekosistemlərin dağıdılması səbəbindən iqlim dəyişikliyi və yandırılmış torpaq strategiyasının, eləcə də məcburi köçürülmə planının məzlum xalqların yaşadığı ərazidə həyata keçirilməsini pisləyirik”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanı müstəmləkə üsulu ilə idarə edir. Bu da haqlı olaraq Azərbaycan türklərinin narazılığı və etirazı ilə qarşılaşır.

Həmçinin yoxlayın

Çin şirkətləri “Şahed” PUA-ları üçün komponentləri İrana və Rusiyaya çatdırmağa davam edir

GADTB: The Wall Street Journal Çin gömrük məlumatlarına istinadən yazır ki, Çin şirkətləri ABŞ sanksiyalarına …

Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi

GADTB: Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron …