Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi azərbaycanlı milli fəalları ETTELAAT-a çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi son iki gün ərzində Güney Azərbaycanın müxtəlif şəhərlərində və Tehranda yaşayan onlarla milli-mədəni fəalı ETTELAAT idarələrinə çağırıb.

Fəalların yaxınlarının sosial media vasitəsilə yaydığı məlumata görə, Təbriz, Ərdəbil, Urmiya, Xiyav, Marağa, Tehran və başqa şəhərlərdə molla rejiminin məmurları azərbaycanlı fəallara zəng edərək onlardan bir sıra suaları cavablandırmaq üçün ETTELAAT İdarələrə getmələrini tələb ediblər.

Azərbaycanlı fəallar Firuz Əkbərzadə Moini, Əsgər Əkbərzadə, Tohid Əmirəmini, Meysəm Colani, Yusif Kari, Mürtəza Pərvin, Səid Sadiqifər, Məhəmməd Colani, Yaşar Əkbərzadə və digər fəallar ETTELAAT İdarələrinə çağırılıblar.

Onların demək olar ki əksəriyyəti bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə məhkum edilib və həbs həyatı yaşayıblar.

Azərbaycanlı fəalların bir çoxu bu çağırışı qanunsuz adlandıraraq ETTELAAT İdarəsinə getməkdən imtina ediblər.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …