Çərşənbə axşamı , May 5 2026
azfa

Beynəlxalq Əfv Təşkilatı: “İran hökuməti həlak olan etirazçıların ailələrinə qarşı təzyiqlərə son qoymalıdır”

GADTB: Beynəlxalq Əfv Təşkilatı bəyanat yayaraq, İran hökumətinin etirazlar zamanı qanunsuz şəkildə öldürülən insanların ailələrinə qarşı təzyiqlərə son qoyulmasını tələb edib.

Sözügedən təşkilat İranın hakimiyyət orqanlarından etiraz qurbanlarının ailələrinə qarşı təqiblərə, o cümlədən əsasız həbslərə, şallaq cəzalarına və məcburi etiraf alınmasına son qoymağı və insan hüquqlarını tanımağı istəyib.

Qeyd edək ki, İran hakimiyyətinin rəsmilərinin “Qadın, Həyat, Azadlıq” şüarı altında etirazlarının birinci ildönümündə qurbanların ailələrini susdurmaq üçün “bəd niyyətli” addımlara əl atdığı bildirilib.

“Qətlə yetirilmiş fəalların qəbirlərinin bitum səpilməsi ilə yandırılması, boya səpilməsi və qəbir daşlarının dağıdılması ilə onların ailələri incidilir və təzyiq göstərilir”-deyə bəyanatda vurğulanıb.

Həmçinin yoxlayın

Qeşm adası və Bəndər Abbasda güclü partlayış səsləri eşidilib

GADTB: Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Qeşm adasında güclü partlayışlar baş verib. Bu …

Tramp: İranın neft quyuları “təbii partlayış” riski ilə üz-üzədir

GADTB xəbər verir ki, ABŞ prezidenti Donald Trump İranın neft quyularının saxlama imkanlarının dolmaq üzrə …