Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimin azərbaycanlı müəllimə verdiyiu həbs cəzasını təsdiq edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında saxlanılan müəllim və ictimai fəal Cəfər İbrahiminin barəsində çıxarılan 5 illik həbs qərarı Tehranın Apellyasia Məhkəməsinin 36-cı bölməsi tərəfindən təsdiq edilib.

Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurası bununla bağlı bəyanat yayaraq məhkəmənin qərarını pisləyib və Cəfər İbrahiminin ağır xəstə olmasına diqqət çəkərək həbsin onun həyatına qarşı hakimiyyətin sui-qəsdi olduğunu yazıb.

Qeyd edək ki, Həmədan şəhərindən olan Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə – aprelin 30-da təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Azərbaycanlı müəllim “əlbir olmaq və toplaşmaq” habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il azadlıqdan məhrum edilib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …