Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Azərbaycanlı vəkil Sina Yusifi İsfahanda rejimi Ümumi və İnqilab Prokurorluğuna çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Təşkilatının vitse-prezidenti hüquqşünas Sina Yusifi İsfahan Şəhər Prokurorluğunun 20-ci şöbəsinə elektron sistemin bildirişi ilə çağırılıb.

Azərbaycanlı vəkil “sistem əleyhinə təbliğat aparmaq”, “ictimai rəyi əks-istiqamətdə yönəltmək”də ittiham olunub. 

Qeyd edək ki, Sina Yusifi 2022-ci ildə etiraz aksiyasında həbs edilən vətəndaşlara hüquqi dəstək vermək üçün Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasında müdafiə komitəsi yaratmışdır. 

O, oktyabrın 23-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və  “rejim əleyhinə təbliğat” ittihamı ilə 2 il 6 ay həbs cəzasına məhkum edilmişdir. Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsi tərəfindən ölkədən çıxış qadağası və elektron cihazların müsadirə edilməsi ilə bağlı “virtual məkanda yalan yaymaq” ittihamı ilə 91 sutka həbs edilib və 150 milyon rial cərimə ödəyib. 

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …