Şənbə , Noyabr 14 2026
azfa

Traxtur komandasının yarışında milli şüarlar – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın “Traxtur” futbol komandası avqustun 22-də Asiya Çempionlar Liqasının pley-off mərhələsində Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” futbol komandası ilə yarışıb.

yarışı izləmək üçün Güney Azərbaycanın müxtəlif bölgələrindən Təbrizin Səhənd stadiona axışan “Traxtur” tərəfdarlarının sayı 100 min civarında olub. Onlar yarış boyu milli şüarlar səsləndirməklə molla rejiminin Antiazərbaycan siyasətinə öz etirazlarını bildiriblər.

Azərbaycanlı tərəfdarlar stadionda aşağıdakı milli şüarları səsləndiriblər:

Türk dilində mədrəsə, olmalıdır hər kəsə!

Azadlıq, Ədalət, Milli hökumət!

Azərbaycan qızları, göylərin ulduzları!

Ərdəbil canımdır, Təbriz axan qanımdır!

Azərbaycan var olsun, istəməyən kor olsun!

Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!

Türk qardaşım, dur, səs ver, Urmu gölünə nəfəs ver!

Qeyd edək ki, rəqib komanda 25-ci və 84-cü dəqiqədə iki qol vuraraq önə keçsə də, doğma klubumuz 86-cı dəqiqədə fərqi azaltmağa nail olub . Lakin oyunun bitməsinə yaxın penaltidən buraxılan qol matçın taleyini 3-1 hesabı ilə ərəblərin xeyrinə bitirib.

Həmçinin yoxlayın

Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb

GADTB: Türkiyə və Qətər arasında qarşılıqlı müdafiə sazişi imzalnıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib …

İran İslam Respublikası ilə müharibənin maliyyələşdirilməsinin dayandırılması ABŞ-ın Tehran qarşısında imkanlarını məhdudlaşdıracaq

GADTB: Amerikanın “The National Interest” nəşri xəbərdarlıq edib ki, demokratların İran İslam Respublikası ilə müharibənin …