Ersin Tatar: Türkiyə, Azərbaycan və Şimali Kipr “tək millət, üç dövlət”dir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fikirləri Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 14-də keçirilən mətbuat konfransında deyib:

 “Tarixi günlər yaşayırıq. Ölkəmizə dəstəyinə görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına təşəkkür edirik. Türkiyə, Azərbaycan və Şimali Kipr “Tək millət, üç dövlət”dir”.

Türkiyənin Şimali Kiprin qarantı olduğunu diqqətə çatdıran Ersin Tatar Azərbaycanın da ölkəsinin yanında olduğunu bildirib: “Biz də hər zaman Türkiyənin və Azərbaycanın yanındayıq. “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində mühüm görüşlər keçirdik. Ölkələrimiz turizm, elm, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığı davam etdirəcəklər”.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …