Bazar , Oktyabr 18 2026
azfa

Güney Azərbaycanda tarixi kitabə məhv olmaq üzrədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ögey münasibəti nəticəsində Güney Azərbaycanın Sarab bölgəsində yerləşən və 3 min illik tarixi olan dəyərli “Qırxqızlar” kitabəsi məhv olmaq üzrədir.

İranın Mədəni İrslər ٰvə Turizm Təşkilatının Güney Azərbaycanın tarixi abidlərinə laqeydliyi nəticəsində “Nəştövlü” və başqa sözlə Qırxqızlar kitabəsinin də dağılmaq üzrə olduğu bildirilir. Bu isə ciddi narahatlıq yaradır.

Kitabə mixi ılifba ilə Urartu dilində yazılıb. Tarixi isə miladdan öncə VIII yüzilliyə çatır. Həmçinin təxminən 5.4 metr uzunluğunda olan iri bir qayanın üstündə həkk olunaraq yazılıb və Qırxqızlar kəndinin Qaradağ dərəsində yerləşir.

Kəndin Nəştövlü kitabəsi və çevrəsində qaldırılmış iri daşlar İranın Mədəni İrslər ٰvə Turizm Təşkilatının tərəfindən heç bir qoruyucu hasara alınmadığına görə müxtəlif amillər səbəbindən tamamilə dağılmaq ərəfəsindədir.

Kitabə 106 x 75 santimetr ölçüdə olmaqla 12 sətirdən ibarət həkk olunub. Mətni isə Rosanın oğlu Argiştiyə aiddir və Girdo, Gito, Hanı və Tuvayşto yurdlarının ələ keçirilməsi barədə danışılıb.

Onun yaxınlığında qaldırılmış daşlar araşdırma mövzusudur. Həmçinin daşların şimal tərəfində Urartu şahının fəth etdiyi 21 qaladan biri yerləşir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …