Cümə , İyul 31 2026
azfa

İranda Azərbaycan əleyhinə kitab buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinهد Kult.az-a istinadən yaydığı məlumata görə, İranın Qum şəhərindəki dini mərkəzlərə bağlı “Həcər” nəşriyyatı Azərbaycan əleyhinə ideoloji təbliğatı artırıb.

Nərcis Xatun Məhəmmədinin yazdığı “Azərbaycan Respublikasının şiə qadınları” adlı kitab Qum şəhərinin İlahiyyat Seminariyası İdarəetmə Mərkəzinin qadınlar bölməsi tərəfindən nəşr edilib.

Kitabda “Türkmənçay” və “Gülüstan” müqavilələrinə toxunulub, bu müqavilədən sonra Azərbaycan Respublikasında qadınların köləyə çevrildiyi iddia edilib.

Adıçəkilən kitab hazırda İranda ortalama qiymətdən çox aşağı qiymətə satılır. Fars dilində buraxılan kitabın Azərbaycan dilinə tərcümə olunaraq, latın və kiril əlifbalarında nəşr olunacağı bildirilib.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …