Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Vaşinqtonda Türk Festivalı keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda keçirilən ənənəvi Türk Festivalı bu il də maraqla qarşılanıb.

Vaşinqton Türk-Amerika Dərnəyi (ATA-DC) tərəfindən hər il təşkil edilən Türk Festivalı bu il Pensilvaniya prospektində, Konqres binasının qarşısında keçirilib.

Festivala Türkiyenin Vaşinqtondakı səfiri Hasan Murat Mercan da gəlib, stendləri ziyarət edib, iştirakçılarla xatirə şəkli çəkdirib.

Türk mədəniyyətinin və mətbəxinin görkəmli nümunələrinin təqdim olunduğu festivalda folklor kollektivinin çıxışları xüsusi diqqət çəkib.

Uşaqlar üçün oyunların təşkil olunduğu festivalda iştirakçılar canlı musiqi və mədəniyyət tədbirlərilə əyləniblər.

Osmanlı-Türk mədəniyyətini əks etdirən məhsulların nümayiş olunduğu stendlər iştirakçıların marağına səbəb olub. Ziyarətçilər tərəfindən əllə toxunmuş türk xalçaları, ənənəvi Osmanlı geyimləri və çini məhsullarına baxış keçirilib.

Festival 20 mindən çox ziyarətçiyə ev sahibliyi edib.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …