Cümə , Oktyabr 18 2024
azfa

Sayın Mikayil bəy Oytanın ermənilərin Qarabağdan könüllü getmələri faktının təhrifi ilə bağlı yazdığı məktuba cavab gəldi- Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oytanın 11 oktyabrda avstraliyalı deputatların ermənilərin Qarabağdan könüllü şəkildə getmələri faktını təhrif etmələrinə dair yazdığı məktuba cavab gəlib.

Avstraliyanın Yeni Güney Uelz (NSW) əyaləti parlamentində Qanunvericilik Şurasının mühüm millət vəkillərindən olan xanım Suzan Karter sayın Mikayil bəyin məktubuna cavab olaraq yazıb:

“Avstraliya Azərbaycan Assosiasiyası prezidenti, hörmətli cənab Oyta!

Mənə yazmağa vaxt ayırdığınız üçün sizə təşəkkür etmək istəyirəm. Kim olmasından və haradan olmasından asılı olmayaraq, başqalarının əzablarını unutmamağımız və ya görməməzlikdən gəlməməyimiz çox vacibdir.

Qanunvericilik Şurası Palatasında da dediyim kimi, münaqişə mürəkkəb məsələdir və mən mübahisənin düzgün və ya yanlış tərəfləri ilə bağlı heç bir iddia irəli sürmürəm. Bununla belə, bilirəm ki, siz qaçqınların, münaqişə zonasında saxlanılan mülki şəxslərin əzabından və bununla bağlı regiondakı humanitar böhrandan ikrah hissi ilə mənim yanımdasınız. Mən bu əzabı birinci əldən görmüşəm və NSW Qanunvericilik Şurasının üzvü kimi buna diqqət çəkmək öhdəliyim var.

Mən sizin bu münaqişənin sülh yolu ilə həlli, regionda bütün insanların hüquqlarını və rifahını təmin etmək istəyinizlə ürəkdən razıyam. Mən həmişə görüşüb vəziyyəti müzakirə etməkdən məmnunam.

Hörmətlə

Suzan Karter”

Qeyd edək ki, sayın Mikayil bəy Oyta yazdığı məktubda bəzi deputatların iddiaları ilə Azərbaycan həqiqətlərinin təhrif edildiyini və erməniləri könüllü şəkildə Azərbaycanın Qarabağ bölgəsini tərk etdiyi və heç bir təzyiqin olmadığını yazmışdı. Sayın Oyta həmçinin ermənilərin işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz yurd-yuvasında didərgin düşdüyü və azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə baş verdiyini bildirmişdi.

Məktubun ingiliscə mətni:

Həmçinin yoxlayın

Fidan: Almaniyadan “Tayfun”la bağlı müsbət siqnal aldıq

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Qlobal” telekanalına müsahibəsində deyib ki, “Eurofighter” qırıcılarının alınması …

Türkiyə “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb. Açıqlamada …