Cümə axşamı , Aprel 30 2026
azfa

İran-Ermənistan sərhədindən keçən yük maşınlarının sayı gündə 350-yə çatdırılacaq

GADTB: İranın Şərqi Azərbaycan əyalətindəki Gömrük İdarəsinin rəsmisi Sadiq Namdar IRNA-ya bildirib: “Hazırda İranın Ermənistanla Norduz sərhəd-keçid məntəqəsindən hər gün 250 yük maşını çıxır və biz bu rəqəmi gündə 350 yük maşınına və ya istənilən rəqəm razılaşdırılsa, artırmağı düşünürük”.

O deyib ki, Şərqi Azərbaycanda 6 aktiv gömrük postu var ki, onlardan bəziləri 24 saat fəaliyyət göstərir, o cümlədən Ermənistanla sərhəddə Norduz və Naxçıvanla sərhəddə Culfa gömrük postları. Buna görə biz bu gömrük postlarına daxil olan və çıxan yük maşınlarının hərəkətini asanlaşdırmağa və sayını artırmağa çalışırıq.

Namdar İran və Ermənistanın gömrük rəsmilərinin bugünkü iclası haqda deyib: “Sünik vilayətinin Gömrük nəzarətçisi, Mehri Gömrük Baş İdarəsinin rəisi, İran Gömrük Təşkilatının Əyalətlərlə iş üzrə müavini və Şərqi Azərbaycanın gömrük rəsmilərinin iştirakı ilə baş tutan görüşdə gömrük sahəsində əməkdaşlığın artırılması yolları müzakirə edilir”./ Azad İran

Həmçinin yoxlayın

İran mətbuat azadlığına dünyada sondan üçüncüdür

GADTB: “Sərhədsiz Reportyerlər” təşkilatının məlumatına görə, 2026-cı ildə İran mətbuat azadlığı baxımından dünyanın ən pis …

BMT İranda edamların dayandırılmasına çağırıb

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato ölkə hakimiyyətini edamların dayandırılmasına çağırıb. O bildirib …