Cümə , Sentyabr 11 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə Ərdəbildə posterlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil bir qrup azərbaycanlı fəal poster yapışdırmaqla həbsdə olan azərbaycanlı milli fəallara azadlıq tələb ediblər.

“Azərbaycanın Milli Fəallarına Azadlıq!” başlığı ilə yayılan posterlərdə Güney Azərbaycanda molla rejimin həbs etdiyi azərbaycanlı fəalların şəkilləri dərc olunaraq sərbəst buraxılmaları tələb olunub.

Yayılan posterlərdə tanınmış azərbaycanlı fəal Abbas Lisanidən stat gətirilib.

“İranın irqçi rejimi hərtərəfli farslaşdırma və şovinist siyasəti yürütdüyü bir halda öz kimliklərini müdafiə edən azərbaycanlıları pantürkist adlandırır və həbs edir.

Azərbaycan buna susmayacaq!” – Abbas Lisani.

Abbas Lisani həmin cümləni Güney Azərbaycanın maraqları üzrə fəaliyyətlərinə görə 2005-ci ildə Ərdəbildə rejimin “İnqilab” Məhkəməsi tərəfindən mühakimə olunarkən deyib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycan şairi Şəhriyarın anım mrasimi keçiriləcək

GADTB: Şərqi Azərbaycan Mədəniyyət və İslam İrşadı Təşkilatının sədri Nemətullah Payan deyib ki, bu il …