Şənbə , Yanvar 4 2025
azfa

Əhməd Əlirza Beyqi: “Urmiya gölü bərpa qərargahının valiliyə verilməsi məsələnin rəsmilər üçün əhəmiyyətli olmadığını göstərir”

GADYB: Təbriz şəhərinin İran parlamentindəki deputatı Əhməd Əlirza Beyqi Urmiya gölünün bərpası ilə bağl deyib: “Urmu_gölünün Bərpası Qərargahının əhəmiyyəti aşağı salınıb və sözügedən gölün canlandırılmasının Qərbi Azərbaycan valiliyinə həvalə edilməsi məsələnin hakimiyyət üçün önəmli olmadığını göstərir”.

Beyqi həmçinin deyib: “Urmiya gölünün vəziyyəti ilə bağlı təhlükə hiss edərkən, Qərbi Azərbaycan əyalətinin başçısını izahat vermək üçün dəvət etdik, ancaq təəssüf ki, o, bizə qaneedici cavab vermədi”.

“Təəssüf ki, Urmiya gölünün vəziyyətinin qayğısına qalmaq prioritet sayılmır” deyən millət vəkili əlavə edib: “Gölün vəziyyəti yalnız ekoloji problem kimi qeyd olunur. Təəssüf ki, hökumət davam edən fəlakətin aradan qaldırılması üçün lazımi səy göstərmir və sözügedən qərargahın rəhbəri ona həvalə edilmiş vəzifələrə görə cavabdeh olmalıdır”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və Heydər Oğuzun “Xamneyinin Amuli quşu” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İran hər vasitə ilə Livanda terroru dəstəkləməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beyrutun “Rəfiq Həriri” hava limanında İranın “Mahan Air” …