Qərbi Azərbaycanda Azərbaycan türklərinin yaşadığı kəndlər

GADTB: Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd xaraba qalıb. Azərbaycanlıların yaşadıqları 734 kənddə indi ermənilər yaşayır. Ermənistanda azərbaycanlılara məxsus 700-dən artıq inzibati ərazi vahidinin adı dəyişdirilib.

Bu sözləri tarixçi alim Nazim Mustafa “Mədəni irs” forumunun “Postkonflikt dövründə Azərbaycan tarixi-mədəni və təbii irsinin qorunması” panelində çıxışı zamanı deyib.

O bildirib ki, İrəvan quberniyasında mövcud olan 310 məsciddən bugünkü Ermənistanda yalnız Göy məscid qalıb:

“Tarixi Azərbaycan torpağında yaradılan Ermənistan Respublikası hazırda monoetnik erməni dövlətinə çevrilib. Hazırda Qərbi Azərbaycanda mövcud olan tarixi və mədəni irsimizin qorunması üçün beynəlxalq təşkilatları hərəkətə keçirmək lazımdır”.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …