Molla rejimi həbs etdiyi azərbaycanlı fəalı Ərdəbildə ETTELAAT İdarəsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi  azərbaycanlı yazıçı və fəal İbrahim Rəşidini Ərdəbildə ETTELAAT İdarəsinə köçürüb.

Azərbaycanlı fəal dünən Meşkinşəhrdə ədliyyə idarəsində 24 saat saxlandıqdan sonra “hökumətə qarşı təbliğat və milli təhlükəsizliyə qarşı fəaliyyət” ittihamı ilə Ərdəbildə rejimin ETTELAAT İdarəsinə köçürülüb.

Qeyd edək ki, azərbaycanlı jurnalist və fəal İbrahim Rəşidi-Savalan 2 gün öncə Xiyavın (Meşkinşəhr) Mirkəndi bölgəsində şəxsi evində həbs edilib.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …