Çərşənbə , Oktyabr 14 2026
azfa

Nobitex-in İranın hakim dairələri ilə dərin əlaqələri üzə çıxdı

GADTB: Reuters agentliyi İranın ən böyük kriptovalyuta birjası olan Nobitex ilə İslam Respublikasının keçmiş xarici işlər naziri Kamal Xərrazi arasındakı əlaqələr barədə araşdırma yayıb.

Məlumata görə, Nobitex İranın hakim strukturlarına yaxın ən güclü biznes ailələrindən biri hesab olunan Soltan Məhəmmədi ailəsinin üzvləri tərəfindən təsis edilib.

Reuters qeyd edir ki, qeydiyyat sənədləri və blokçeyn məlumatlarına əsaslanan araşdırma Nobitex-in İranın siyasi və iqtisadi sistemində yüksək vəzifəli şəxslərlə geniş əlaqələrə malik olduğunu göstərir. Hesabatda, İsrailin hücumlarının hədəfi olduğu bildirilən və son müharibə zamanı öldürülən keçmiş xarici işlər naziri, Xarici Əlaqələr üzrə Strateji Şuranın rəhbəri Kamal Xərrazi ilə əlaqələrin də mövcud olduğu vurğulanır.

Qeyd edək ki, molla rejimi kriptovalyuta və s. sahələrdə fəaliyyətlərlə terrorçu qruplarına maliyyə dəstəyi göstərir.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …