Şənbə , İyul 11 2026
azfa

İbrahim Rəşidinin sosial media hesabı ETTELAAT tərəfindən ələ keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin ETTELAAT İdarəsi tanınmış azərbaycanlı fəal İbrahim Rəşidinin sosial media hesabını ələ keçirib.

Ərdəbildə yerləşən rejimin ETTELAAT İdarəsinin əməkdaşları azərbaycanlı milli fəal İbrahim Rəşidi Savalanın “X” hesabını ələ keçiriblər və digər insanların hesablarını sındırmaq üçün birbaşa “X” hesabı istifadəçilərinə linklər göndərirlər.

Qeyd edək ki, azərbaycanlı milli fəal İbrahim Rəşidi dekabrın 30-da Xiyavda (Meşkinşəhr) atasının evində həbs edilib və bir gün sonra barəsində “hakimiyyət əleyhinə təbliğat aparmaq” ittihamı irəli sürülərək Ərdəbildə yerləşən molla rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Həmçinin yoxlayın

ABŞ-ın maliyyə naziri: Xamenei şəbəkəsinin aktivlərini İran xalq üçün qoruyacağıq

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent Müctəba Xamenei ilə əlaqəli maliyyə şəbəkəsi və iş adamı …

İranda bu il minlərlə qadın saxlanılıb

GADTB: İranda insan haqları təşkilatı – HENGAW verib ki, 2026-cı ilin ilk yarısında İranda 5 …